Arkadağda Şirvani və Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağ şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvani və tanınmış türkmən şair Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunmuş elmi konfrans təşkil olunub.
"Far.Az"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, Dövlətməmməd Azadi adına Şəhər Kitabxanasında təşkil edilən konfransdan əvvəl tədbir iştirakçıları kitabxana ilə tanış olublar.
Konfrans Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşib.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Babaoğlu, Azərbaycan Milli Kitabxanasının direktoru, professor, Əməkdar mədəniyyət işçisi, Türk Dünyası Milli Kitabxanaları Birliyinin sədri Kərim Tahirov və Türkmənistan ədəbiyyatşünasları çıxış edərək hər iki ədibin həyat və yaradıcılıq yolundan söz açıblar.
Qeyd olunub ki, XVIII əsr klassik türkmən ədəbiyyatının inkişafında, onun yeni məzmun və ideyalarla zənginləşməsində xidmətləri olan Dövlətməmməd Azadi təxminən 40 illik yaradıcılıq fəaliyyətində humanist duyğular carçısı kimi şöhrət qazanıb.
Bildirilib ki, Seyid Əzim Şirvani klassik qəzəl məktəbinin qüdrətli nümayəndəsi olmaqla yanaşı, XIX əsrdə Azərbaycanda maarifçi düşüncənin inkişafına mühüm töhfələr verib.
Çıxışlardan sonra Azərbaycan və türkmən qiraətçiləri hər iki şairin şeirlərini səsləndiriblər.
Oxşar xəbərlər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













