Azərbaycanın basketbol millisi Lüksemburq və İrlandiya ilə oyunlara hazırlığa başlayıb
Far.Az xəbər saytı

Azərbaycanın basketbol millisi Lüksemburq və İrlandiya ilə oyunlara hazırlığa başlayıb


İyunun 7-14-də Gəncədə basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı baş tutacaq.

Azərbaycan Basketbol Federasiyasından "Report"a verilən məlumata görə, komandanın baş məşqçisi Tahir Baxşıyev hazırlıq prosesinə aşağıdakı oyunçuları dəvət edib:

Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkoz.

Toplanış yığmanın 2029-cu ildə baş tutacaq Avropa Çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi son qrup oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Gəncə toplanışında əsas milli komanda ilə yanaşı, U-18 və U-20 yığmaları da iştirak edəcəklər.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsinin başlamasından 4 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər