Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb
Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Tahir Baxşıyev AVRO-2029-un ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya ilə oyunlar üçün geniş heyəti açıqlayıb.
"Far.Az" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətdə "Sabah"dan 4, "Neftçi", "Gəncə", "Şəki" və "Abşeron Lions"dan 2, "Ordu", "NTD" və İspaniyanın "Tenerife" klubundan isə 1 oyunçu yer alıb.
Milliyə Amil Həmzəyev, Əkbər Məmmədov (hər ikisi "Neftçi"), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov (hamısı "Sabah"), Ulaş Turqut, Cəbrayıl Əkbərov (hər ikisi "Gəncə"), Elşad Şirzadov ("Ordu"), Vesli Van Bek ("Tenerife"), Derin Berkoz (NTD), Rəşid Abbasov, Ercan Donat (hər ikisi "Şəki"), İsmayıl Abdullayev və Saadettin Donat (hər ikisi "Abşeron Lions") dəvət olunublar.
Əkbər Məmmədov və İsmayıl Abdullayev geniş heyətə cəlb olunsalar da, zədə səbəbindən təlim-məşq toplanışını davam etdirə bilməyiblər.
Oxşar xəbərlər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsinin başlamasından 4 il ötür
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır













