Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb
Azərbaycanın "Vüqar Həşimov" klubu Serbiyanın Vranyatske-Bane şəhərində davam edən şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb.
"Report" xəbər verir ki, təmsilçimiz ikinci turda İsveçin “Lunds” kollektivindən güclü olub - 3,5:2,5.
Azərbaycan qrossmeysterləri ötən gün yarışın ilk günündə Norveçin SOSS klubuna 5,5:0,5 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.
Oxşar xəbərlər
Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda mübarizəyə başlayır
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













