Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda mübarizəyə başlayır
"Vüqar Həşimov" komandası bu gün Serbiyanın Vranyaçke-Bane şəhərində klublar arasında start götürəcək şahmat üzrə Avropa Kubokunda mübarizəyə başlayacaq.
"Far.Az" xəbər verir ki, ilk turda təmsilçimiz Norveçin SOSS klubuyla qarşılaşacaq.
“Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Read Səmədov çıxış edəcək. Komandanın kapitanı Sərxan Həşimov olacaq.
Ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Qeyd edək ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitroviça”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edəcək.
Oxşar xəbərlər
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start verilib
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri mübarizəyə başlayır
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri IV turun görüşlərini keçirəcək
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Hindistan və Ukrayna ilə üz-üzə gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var













