Dominikanda özəl təyyarə qəzaya uğrayıb, ölənlər var
Far.Az xəbər saytı

Dominikanda özəl təyyarə qəzaya uğrayıb, ölənlər var


Dominikan Respublikasının cənub sahilindəki La-Romana şəhəri yaxınlığında baş verən təyyarə qəzasında Amerika qeydiyyatlı kiçik özəl təyyarənin iki pilotu həlak olub.

"Report"un "La Nacion" qəzetinə istinadən verdiyi məlumata görə, qəza şəhərin hava limanına təcili eniş zamanı baş verib.

Belə ki, təyyarə eniş edərkən partlayıb və hər iki pilot hadisə yerində ölüb.

Medianın məlumatına görə, təyyarə Puerto-Rikodan qalxıb və Hyustona gedirmiş. Dominikan Mülki Aviasiya İnstitutunun məlumatına görə, təyyarənin pilotu La-Romanadan 16 dəniz mili məsafədə olarkən texniki nasazlıq səbəbindən təcili eniş tələb edib.

Qeyd olunub ki, təyyarə ABŞ-də biznes aviasiyası ilə məşğul olan bir şirkətdə qeydiyyatdan keçib. Ölən iki pilotdan başqa, göyərtədə başqa heç kim olmayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər