Ərdoğan Venesuelanın müvəqqəti Prezidentini qəbul edib
Far.Az xəbər saytı

Ərdoğan Venesuelanın müvəqqəti Prezidentini qəbul edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesi qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşün müzakirə mövzuları barədə hələ məlumat verilməsə də, iştirakçılar açıqlanıb.

"Görüşdə vitse-prezident Cövdət Yılmaz, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat iştirak ediblər", - məlumatda deyilir.

Xatırladaq ki, Əvvəllər Venesuelanın vitse-prezidenti vəzifəsində çalışmış Rodriqes rəsmi and içərək yanvarın 5-də müvəqqəti dövlət başçısı kimi vəzifəsinin icrasına başlayıb.

Yanvarın 3-də Tramp ABŞ-nin Venesuelaya qarşı genişmiqyaslı, uğurlu zərbə endirdiyini elan edib. O, Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesuela ərazisindən çıxarıldığını qeyd edib.

İki gün sonra, 5 yanvarda Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıblar. O, məhkəmədə təqsirsiz olduğunu bildirib və əlavə edib ki, hələ də ölkəsinin prezidentidir. Amerika məhkəməsi konsulluq rəsmilərinin Venesuelaya səfər etməsinə icazə verib.

Maduro və həyat yoldaşının işi üzrə ikinci məhkəmə iclası 26 mart 2026-cı ildə Nyu-Yorkdakı federal məhkəmədə hakim Elvin Hellerstaynın sədrliyi ilə baş tutub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
ABŞ Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesə qarşı sanksiyaları ləğv edib
Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək - YENİLƏNİB-3
Delsi Rodriqes Venesuelanın müvəqqəti prezidenti kimi and içib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər