8 noyabr prospektində xanım sürücü ilə taksi sürücüsü arasında GƏRGİNLİK - Üzr istədi
Far.Az xəbər saytı

8 noyabr prospektində xanım sürücü ilə taksi sürücüsü arasında GƏRGİNLİK - Üzr istədi


Jurnalist Ülviyyə Hüseynova sosial şəbəkə hesabında yol hərəkəti zamanı yaşadığı hadisə ilə bağlı paylaşım edib.

Far.Az xəbər verir ki, jurnalist iki gün əvvəl 8 Noyabr prospektində hərəkətdə olarkən taksi sürücüsü tərəfindən işıq siqnalları ilə yol istənilib və ara məsafəsi saxlanılmadan təzyiq göstərilib. Xanım qeyd edib ki, sol zolaq boş olduğu halda sürücü davamlı siqnal verərək narahatlıq yaradıb.

Paylaşımda qeyd olunur ki, daha sonra tərəflər arasında mübahisə yaranıb və sürücü nalayiq ifadələr işlədərək xanım sürücünü təhqir edib. Ülviyyə Hüseynova hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib.

Müraciətə operativ baxıldığını bildirən Ülviyyə Hüseynova həmin sürücünün bölməyə gətirildiyini və etdiyi hərəkətə görə üzr istədiyini qeyd edib.

"Ona cəmi bir sual ünvanladım: "Sol tərəfdə ötmək üçün zolaq boş olduğu halda, nədən dayanmadan mənə işıq siqnalı verirdiniz və ötüb keçmirdiniz?" Cavabı isə təəccüblü oldu: "Maşındakı sərnişinlər ailə idi, uşaqları nadinclik edib əsəblərimlə oynayırdı..." Görünür, sürücü əsəbi olduğu anlarda Azərbaycan Respublikasının qanunlarını və ən əsası, Azərbaycan xanımına qarşı hörmət hissini tamamilə unudubmuş", - Ülviyyə Hüseynova bildirib.

8 noyabr prospektində xanım sürücü ilə taksi sürücüsü arasında GƏRGİNLİK - Üzr istədi

Oxşar xəbərlər

FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər