Qəribabadi: İrana qarşı hazırlanan qətnamə hərbi cinayətləri silmək cəhdidir
ABŞ və üç Avropa ölkəsinin İrana qarşı hazırladığı qətnamə layihəsi hərbi cinayətlərin silinməsi cəhdidir.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında yazıb.
"İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumları yoxlama fəaliyyətlərini dayandırıb və təhlükəsizlik səbəbindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri İrandan çıxmalı olublar. ABŞ öz qeyri-qanuni hücumunun nəticələrini İrana qarşı bir dosyeyə çevirmək istəyir", - o bildirib.
K. Qəribabadinin sözlərinə görə, təminat altındakı obyektlər hədəfə alınıb, nüvə təhlükəsizliyi və yoxlama imkanı pozulub: "Sonra isə bütün bunlar İrana təzyiq göstərmək üçün istifadə edilir".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı növbəti xalçaların kəsim mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













