Əraqçi: İranın Silahlı Qüvvələri ABŞ-nin hücumunu cavabsız qoymayacaq
İranın Silahlı Qüvvələri ABŞ-nin heç bir hücumunu və ya təhdidini cavabsız qoymayacaq.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.
"Döyüş meydanındakı məğlubiyyətlərinə baxmayaraq, ABŞ qətiyyətimizi sınamaq qərarına gəldi. Güclü Silahlı Qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq. Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin.
Fars körfəzi tarixində müdaxilə edən kənar şəxslərin acınacaqlı taleyi haqqında bir çox fəsil var", - Əraqçi qeyd edib.
Eyni zamanda İran mətbuatı ölkənin hərbi qüvvələrinin yaxın dəqiqələrdə ABŞ-nin hücumlarına cavab verəcəyini bildirib. "Tasnim" agentliyinin məlumatına görə, ölkənin Silahlı Qüvvələri helikopterin vurulması səbəbindən həyata keçirilən ABŞ hücumuna qəti cavab verəcək.
Qeyd edək ki, ABŞ İranın bir sıra ərazilərinə hava zərbələri endirib. İranın cənubundakı Bəndər Abbas, Sirik və Qeşm adası ətrafında ardıcıl partlayış səsləri eşidilib. İranın ABŞ-nin "Apache" helikopterini vurmasından sonra Vaşinqton administrasiyası cavab hücumuna başlayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da öz növbəsində bildirib ki, Birləşmiş Ştatlar Ordusu Hörmüz boğazı üzərində "Apache" helikopterinin vurulmasından sonra İrana zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













