DÇ-2026 FIFA-ya nə qədər QAZANDIRA BİLƏR?
2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatının FIFA tarixində ən yüksək gəlir gətirən turnir olacağı proqnozlaşdırılır.
Far.Az-in "Marca" nəşrinə istinadən verdiyi məlumata görə, "Global Market Intelligence" şirkətinin hesabatında mundialın FIFA-ya təxminən 9 milyard ABŞ dolları gəlir qazandıracağı qeyd olunub. Bu göstərici dünya çempionatları tarixində rekord hesab edilir.
Hesabata əsasən, gəlirin 3,9 milyard dollara yaxın hissəsi televiziya yayım hüquqlarının satışından əldə olunacaq. Turnirdə ilk dəfə 48 komandanın iştirakı və ümumilikdə 104 oyunun keçirilməsi həm kommersiya, həm də media baxımından marağı artıran əsas amillərdən biri kimi qiymətləndirilir.
Mütəxəssislərin hesablamalarına görə, dünya çempionatının oyunlarını stadionlarda ümumilikdə 5 milyona yaxın azarkeş izləyəcək. Bilet satışından əldə olunacaq gəlirin isə əvvəlki mundiallarla müqayisədə təxminən 950 milyon dollar çox olacağı gözlənilir.
Proqnozlara əsasən, 2023–2026-cı illəri əhatə edən dünya çempionatı dövründə FIFA-nın ümumi gəliri 13 milyard dollara çatacaq. 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşin ev sahibliyi edəcəyi növbəti mundiala qədər olan dövrdə isə bu rəqəmin 14 milyard dollara yüksələcəyi bildirilir.
Digər hesablamalara görə, 2026-cı il dünya çempionatı qlobal ümumi daxili məhsula 40,9 milyard dollar həcmində töhfə verəcək və dünya üzrə təxminən 824 min yeni iş yerinin yaranmasına səbəb olacaq. Bununla yanaşı, hesabatda turnirin ABŞ iqtisadiyyatına təsirinin əsasən qısamüddətli olacağı da vurğulanır.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













