Əhməd İsmayılov: Erkən yaşda sosial şəbəkədən nəzarətsiz istifadə ciddi problemlərə yol aça bilər
Təhlillər göstərir ki, erkən yaşlarda sosial şəbəkədən nəzarətsiz istifadə gələcəkdə müxtəlif problemlərə səbəb ola bilər.
"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Agentliyin təşkilatçılığı ilə keçirilən "İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik edilməsi barədə" qanun layihəsinin ictimai müzakirəsində deyib.
O bildirib ki, inkişaf etmiş ölkələrdə uşaqlar üçün zərərli hesab edilən, onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif qanunvericilik tədbirləri həyata keçirilir.
Ə.İsmayılov vurğulayıb ki, ölkədə hazırlanan qanun layihələri bir neçə əsas aspekti əhatə edir:
"Bu qanun layihəsi uşaqlarımızı rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaq üçün daha sağlam və təhlükəsiz bir mühit formalaşdırmağa xidmət edir. Təklif olunan dəyişikliklər həm universal etik normalara, həm milli maraqlara, həm də qabaqcıl beynəlxalq hüquq standartlarına tam uyğundur. Hesab edirik ki, bu addım milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək".
O, həmçinin qeyd edib ki, qanun layihəsinin hazırlanması və tətbiqi zamanı dövlət orqanları bu məsələyə ciddi diqqət yetirməlidirlər.
Agentlik rəhbəri əlavə edib ki, bu qanun layihəsi internet provayderlərinin və rəqəmsal platformaların uşaqların mənəvi formalaşmasında və intellektual inkişafında dövlət və cəmiyyət qarşısında sosial və hüquqi məsuliyyət daşımasını təmin edən bir mexanizm kimi qiymətləndirilir:
"Bu, vətəndaşları rəqəmsal təhlükələrdən, hibrid informasiya təsirlərindən və müxtəlif risklərdən qorumağa yönəlmiş mühüm bir yanaşmadır".
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













