İlham Bayramov: "Bu il 1,5 milyon hektardan çox torpaq sahəsi suvarılacaq"
Bu il Azərbaycanda 1,5 milyon hektardan çox torpaq sahəsinin suvarılması, 6,8 milyard kubmetr su təminatının reallaşdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın sosial-iqtisadi inkişafı fonunda həm içməli, həm də suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olub: "Hazırda icra olunan ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir. Bu kanalın uzunluğu 204,3 kilometrdir. O, təxminən 228 min hektar torpaq sahəsinin suvarılmasına xidmət edəcək. Bu layihə çərçivəsində 112 min hektar mövcud torpaq sahəsinin su təminatı yaxşılaşacaq və 106 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcək".
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI













