"Nar" abunəçiləri üçün eSIM nömrələrdə "Asan İmza" xidməti istifadəyə verildi
Far.Az xəbər saytı

"Nar" abunəçiləri üçün eSIM nömrələrdə "Asan İmza" xidməti istifadəyə verildi


Sərfəli xidmətləri ilə tanınan "Nar" abunəçiləri artıq eSIM texnologiyası vasitəsilə "Asan İmza" rəqəmsal imza xidmətindən istifadə edə bilərlər. İstifadəçilər xidmətlə bağlı bütün vacib məlumatları "Nar+" mobil tətbiqi vasitəsilə operativ şəkildə izləyə, eyni zamanda fiziki SIM kartdan eSIM formatına asanlıqla keçərək 2500-dən çox elektron xidmətə təhlükəsiz və rahat çıxış əldə edə bilərlər.

eSIM üzərindən təqdim olunan bu xidmət yüksək təhlükəsizlik standartlarını qoruyaraq fiziki SIM kartın itirilməsi və ya oğurlanması riskini aradan qaldırır, eyni zamanda plastik kartlardan istifadəyə ehtiyacı azaltmaqla istifadəçilərə bir cihazda bir neçə nömrəni aktivləşdirmək imkanı yaradır.

Qeyd edək ki, bu xidmət fiziki və hüquqi şəxslər üçün 3 il müddətinə təqdim olunur. Aktivləşdirmə "Nar" Müştəri Xidmətlərində həyata keçirilir. eSIM əsaslı "Asan İmza" xidmətinin aktivləşdirmə zamanı PIN kodları əvvəlcədən təqdim edilmir, abunəçilər bu kodları ilk autentifikasiya və ya imzalama prosesi zamanı onlayn şəkildə təyin edirlər. PIN kodların blokdan çıxarılması isə 1847 – "Asan İmza" Çağrı Mərkəzi vasitəsilə onlayn qaydada təmin olunur.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər