NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı Qayanaya dünya neft bazarında mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verib.
"Far.Az"un "The New York Times"a (NYT) istinadən məlumatına görə, Yaxın Şərq münaqişəsi və neft tədarükünün kəskin azalması fonunda Qayananın neft gəlirləri 2026-cı ildə 6,5 milyard dollara çata bilər. Bu, ilin əvvəlində verilmiş proqnozdan iki dəfə çoxdur.
Nəşrin məlumatına görə, İrana qarşı hərbi əməliyyatlar neft qiymətlərinin artmasına səbəb olub. Bu fonda ölkələr pilotsuz uçuş aparatlarının hücumları təhlükəsi olmayan alternativ enerji resursları tədarükü mənbələri tapmağa çalışırlar.
Qayananın paytaxtı Corctaundan olan iqtisadçı Riçard Rambarran nəşrə bildirib ki, hazırda ölkə gündəlik 900 min barelə yaxın neft hasil edir. Onun qiymətləndirməsinə görə, 2030-cu ilə qədər bu göstərici gündəlik 1,7 milyon barelə qədər arta bilər.
Qayana Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin birinci yarısında ölkə gündəlik 639 min barel neft hasil edib. Qurumun qiymətləndirməsinə görə, 2026-cı ilin birinci yarısında ölkənin neft-qaz sektorunda hasilat 41,3 %, neft ixracı isə 82,1 % artıb.
2025-ci ilin noyabrında Hindistan enerji daşıyıcılarının tədarük mənbələrinin diversifikasiyası çərçivəsində 2021-ci ildən bəri ilk dəfə Qayanadan 2 milyon barel neft alıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













