Maliyyə naziri: "Ötən il cari xərclərin 92 %-i qeyri-neft-qaz sektorunun hesabına qarşılanıb"
2025-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti tam və vaxtında təmin edilib.
"Far.Az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanununun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ötən il dövlət büdcəsinin xərcləri proqnozun 93,2 %-i qədər və yaxud 38,6 milyard manat icra edilib ki, bu da 2024-cü illə müqayisədə 891 milyon manat və yaxud 2,4 % çoxdur. "Bütövlükdə, ötən 5 ildə büdcə xərcləri 11,2 milyard manat və yaxud 41 faiz artıb. Strukturuna görə xərclərin 22,1 milyard manatı və yaxud 57,3 %-i cari xərclər, 14,4 milyard manatı və yaxud 37,3 %-i əsaslı xərclər, 2,1 milyard manatı və yxuda 5,4 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərdir".
Maliyyə naziri hesabat ilində icra olunmuş 22,1 milyard manat məbləğində cari xərclərin 92 %-nin və yaxud 20,4 milyard manatının qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını vurğulayıb.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













