DÇ-2026: ABŞ Paraqvay üzərində qələbə qazanıb - YENİLƏNİB-8
Far.Az xəbər saytı

DÇ-2026: ABŞ Paraqvay üzərində qələbə qazanıb - YENİLƏNİB-8


Futbol üzrə dünya çempionatında ABŞ Paraqvay millisinə qalib gəlib.

"Report" xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 4:1 hesablı qələbəyə seviniblər.

Amerikalıların qollarını Damyan Bobadilya (7, avtoqol), Folarin Baloqan (31, 45+5) və Giovanni Reyna (90+8) vurublar. Paraqvayın heyətində isə Maurisio (73) dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, bu qrupun digər oyunu iyunun 14-də, saat 08:00-da Avstraliya və Türkiyə yığmaları arasında keçiriləcək.

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda dördüncü qol vurulub.

"Report" xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında paraqvaylılar hesba arasındakı fərqi azaldıblar - 1:3.

73-cü dəqiqədə Maurisio buraxılan qollardan birinin əvəzini çıxıb.

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 3:0 hesabı ilə öndədirlər.

Qarşılaşmanı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda ilk hissə yekunlaşıb.

"Report" xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri fasiləyə 3:0 hesabı ilə üstün yollanıblar.

Qarşılaşmanı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri fərqi bir qədər də artırıblar - 3:0.

45+5-ci dəqiqədə Folarin Baloqan dubl müəllifi olub.

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda ikinci qol vurulub.

"Report" xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri fərqi iki topa çatdırıblar - 2:0.

31 dəqiqədə Folarin Baloqan çərçivəni dəqiq nişan alıb.

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri hesabda irəli çıxıblar.

Paraqvayın heyətində 7-ci dəqiqədə Damyan Bobadilya avtoqol müəllifi olub.

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyunu start götürüb.

"Report" xəbər verir ki, D qrupunun matçı Los Anceles stadionunda keçirilir.

Qarşılaşmanı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər