DÇ-2026: Bu gün Braziliya və Türkiyə meydana çıxacaq
Futbol üzrə dünya çempionatında qrup mərhələsinin ilk turunun oyunları davam edir.
BAKU.WS-in məlumatına görə, mundialın üçüncü oyun günündə azarkeşləri dörd maraqlı qarşılaşma gözləyir.
Günün ilk matçı B qrupunda çıxış edən Qətər və İsveçrə yığmaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İyunun 14-nə keçən gecə isə C qrupunda Braziliya Mərakeşlə üz-üzə gələcək. Oyun saat 02:00-da start götürəcək. Qrupun digər görüşündə Haiti ilə Şotlandiya yığmaları saat 05:00-da münasibətlərinə aydınlıq gətirəcəklər.
D qrupunun ilk oyununda isə Avstraliya və Türkiyə milliləri qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
Dünya çempionatı – I tur
13 iyun
B qrupu
- 23:00. Qətər – İsveçrə
14 iyun
C qrupu
- 02:00. Braziliya – Mərakeş
- 05:00. Haiti – Şotlandiya
D qrupu
- 08:00. Avstraliya – Türkiyə
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













