FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
Far.Az xəbər saytı

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib


Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.

Qurumdan "Report"a daxil olan məlumatda bəzi vətəndaşların çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etmədikləri bildirilib.

Nazirlik bu baxımdan əhalini təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Qeyd olunub ki, çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Həmçinin bildirilib ki, çimərliyə gətirilən uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidirlər.

Məlumatda qızmar günəş altında fasiləsiz dayanmağın, hava qaraldıqdan sonra suya daxil olmağın sağlamlıq üçün təhlükəli olduğu vurğulanıb.

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Oxşar xəbərlər

FHN çimərliklərdə təhlükəsizlik qaydaları haqqında əhaliyə yenidən müraciət edib
Nazirlikdən əhaliyə MÜRACİƏT - Çimərlikdə bunları etmək OLMAZ
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər