Xıdırlı və Kəngərlidə ilk dəfə "Son zəng" tədbirləri baş tutub
Far.Az xəbər saytı

Xıdırlı və Kəngərlidə ilk dəfə "Son zəng" tədbirləri baş tutub


İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrdə də "Son zəng" tədbirləri təşkil edilib.

"Far.Az" xəbər verir ki, Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə, Ağdam rayonunun Xıdırlı və Kəngərli kənd tam orta məktəblərində "Son zəng" tədbirləri keçirilib.

Ağdam şəhərində, eləcə də Xıdırlı və Kəngərli kəndlərində məskunlaşmadan sonra ilk dəfə "Son zəng" tədbirləri baş tutub. Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə isə "Son zəng" tədbiri təşkil olunub.

Ağdam rayon Xıdırlı kənd tam orta məktəbində keçirilən tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli də çıxış edərək məzunlara öz təbriklərini çatdırıblar.

Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edərək məzunlara yeni həyat mərhələsində uğurlar arzulayıblar.

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin direktoru Günel Vəliyeva, Ağdam rayon Kəngərli kənd tam orta məktəbin direktoru Pərviz Salmanov, Ağdam rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədova və Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova da çıxış edərək məzunları təbrik edib, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıblar.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər