İranın bəzi deputatları ABŞ ilə danışıqlara qarşıdır
Far.Az xəbər saytı

İranın bəzi deputatları ABŞ ilə danışıqlara qarşıdır


İran parlamentinin bəzi deputatları ABŞ ilə danışıqların aparılmasına qarşı çıxır.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu iranlı deputat Mehrdad Bauj Lahuti deyib.

"Bəzi deputatların danışıqlara etirazları axına qarşı üzməkdir", - o bildirib və əlavə edib ki, belə siyasətçilərin sayı azdır.

Lahutinin sözlərinə görə, ABŞ ilə danışıqlar buna etirazların olması kimi qaçılmazdır.

Qeyd edək ki, ABŞ ilə İran arasında danışıqlar davam edir və razılaşma imzalanmaq üzrədir. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dəqiq tarixi açıqlamasa da, imzalanmanın yaxın günlərdə həyata keçirilçməsinin mümkünlüyünə eyham vurub. Onun sözlərinə görə, bu mərhələdə İranın nüvə proqramı müzakirə predmeti deyil.

Digər xəbərdə isə İranın dondurulmuş səhmlərinin yarısının ABŞ ilə danışıqların ilkin mərhələsində geri qaytarılacağı qeyd olunub. Qətər tərəfinin planına əsasən, İran 12 milyard dollar əldə edəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər