Pezeşkian: İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib
Far.Az xəbər saytı

Pezeşkian: İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib


İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İsrail 12 günlük müharibə zamanı xalqın iradəsini zəiflətməyə çalışsa da, məqsədinə çata bilməyib.

"Far.Az" xəbər verir ki, Pezeşkian bunu 12 günlük müharibənin ildönümü ilə bağlı xalqa müraciətində qeyd edib.

"Xalqın mətanəti, liderin rəhbərliyi və silahlı qüvvələrin hazırlığı bu məqsədlərə çatmağa mane olub", - o vurğulayıb.

Xatırladaq ki, 13 iyun 2025-ci il tarixində ABŞ-nin dəstəyi ilə İsrailin İrana qarşı genişmiqyaslı hava hücumları ilə başlayan və 24 iyun 2025-ci ildə tərəflər arasında əldə olunan atəşkəs razılaşması ilə başa çatan münaqişədə minə yaxın insan ölüb, 5800 nəfər yaralanıb.

Həlak olanlar arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami, SEPAH-ın Aerokosmik Qüvvələrinin baş komandanı Əmir Əli Hacızadə, tanınmış nüvə alimi Fereydun Abbasi kimi şəxslər olub.

Bu münaqişədə 29 İsrail vətəndaşı həlak olub, 2400-dən çox şəxs yaralanıb.

Qeyd edək ki, İranın mühüm nüvə obyektləri hədəf alınıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər