Avropa Kuboku: Azərbaycanın 3x3 basketbol üzrə milliləri yarımfinala yüksəlib
Far.Az xəbər saytı

Avropa Kuboku: Azərbaycanın 3x3 basketbol üzrə milliləri yarımfinala yüksəlib


Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsində ilk oyun günü yekunlaşıb.

"Report"un məlumatına görə, turnirdə ölkəmizi təmsil edən həm kişi, həm də qadın milli komandası yarımfinala vəsiqə qazanıb.

Kişilərdən ibarət kollektiv qrup mərhələsində Albaniyaya uduzsa da (20:21), Malta (18:16) və San Marinonu (21:20) məğlub edib.

Qadınlardan ibarət yığma isə Kipr (16:10) və Maltadan (15:14) güclü olub.

Kişilərdən ibarət milli sabah yarımfinalda Kiprlə, qadınlar isə Kosovo ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər