"Bloomberg": İran öz arsenalını Rusiya istehsalı olan raketlərlə artırıb
Far.Az xəbər saytı

"Bloomberg": İran öz arsenalını Rusiya istehsalı olan raketlərlə artırıb


İran öz arsenalını Rusiya istehsalı olan raketlərlə artırıb

"Far.Az" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunub ki, ABŞ ilə atəşkəs dövründə İran silahlarının əhəmiyyətli bir hissəsini bərpa edib.

Belə ki, İran hazırda hərbi əməliyyatlar başlamazdan əvvəl malik olduğu raket arsenalının təxminən dörddə üçünə malikdir.

Agentliyin mənbələri hesab edir ki, Tehran lazım gələrsə, silah ehtiyatlarını tez bir zamanda artırmaq qabiliyyətini saxlayır. Eyni zamanda, onlar Rusiyanın son bir ildə istehsal etdiyi yeni raketlərini İrana ötürə biləcəyini irəli sürürlər.

May ayının sonlarında "CNN" peyk görüntülərini təhlil etdikdən sonra İranın ABŞ bombardmanından sonra girişləri bağlanmış 18 əsas yeraltı raket arsenalına girişi bərpa etdiyini və bu bazalardakı 69 giriş tunelindən 50-ni təmizlədiyini bildirmişdi.

Kanalın müsahibə verdiyi ekspertlərin fikrincə, yeraltı anbarlardan sursatın sürətli çıxarılması sayəsində ölkə İsrailə və digər Yaxın Şərq dövlətlərinə daha çox uzaqmənzilli raket atmaq iqtidarındadır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər