Kastamonuda qida fabrikinə silahlı hücum olub, ölən var
Far.Az xəbər saytı

Kastamonuda qida fabrikinə silahlı hücum olub, ölən var


Türkiyənin Kastamonu şəhərində qida fabrikinə silahlı hücum olub, aşpaz öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Hadisə, axşam saatlarında Taşköprü rayonunun Alatarlar kəndindəki qida fabrikində baş verib. Uğur E., fabrikə tapança ilə atəş açıb və hadisə yerindən qaçıb", - məlumatda bildirilib və əlavə edilib ki, silahlı hücumda müəssisədə aşpaz kimi işləyən Sinan Güleç güllə yarası alıb.

Hadisə yerinə polis və tibb qrupları göndərilib: "Yoxlama zamanı Güleçin həyatını itirdiyi müəyyən edilib. Onun meyiti morqa aparılıb".

Qətldə şübhəli Uğur E.-ni ələ keçirmək üçün hərəkətə keçən polis, hadisə ilə bağlı istintaqı davam etdirir.

Oxşar xəbərlər

Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər