Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə yüksəlib - YENİLƏNİB
Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kuboku 2026-nın seçmə mərhələsinin həlledici oyunları baş tutub.
"Report" xəbər verir ki, seçmə mərhələnin final oyununa vəsiqə qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi gərgin final oyunun yekununda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib.
Bu qələbə sayəsində komandamız Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb. Turnirin final mərhələsi 11-13 sentyabrda Belçikanın Antverpen şəhərində keçiriləcək.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.
"Report"un məlumatına görə, yığma Kosovo millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, yığma daha əvvəl Kipr (16:10) və Maltanı (15:14) məğlub edib.
Oxşar xəbərlər
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Milli komandamız finala vəsiqə qazanıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE













