Ekvador millisinin baş məşqçisi: "Dünya çempionatında buraxılan kiçik səhvlər baha başa gəlir"
Far.Az xəbər saytı

Ekvador millisinin baş məşqçisi: "Dünya çempionatında buraxılan kiçik səhvlər baha başa gəlir"


Futbol üzrə dünya çempionatında buraxılan kiçik səhvlər baha başa gəlir.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu Ekvador millisinin baş məşqçisi Sebastian Bekkaseçe Fildişi Sahili yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlubiyyətə baxmayaraq matçdan razı qaldığını bildirib:

"Komandamın mübarizəsindən razı qalsam da, nəticə bizi məyus etdi. Oyunda qol vurmaq üçün kifayət qədər imkan yaratdıq, lakin son nöqtəni qoya bilmədik. Belə səviyyəli turnirlərdə buraxılan kiçik səhvlər baha başa gəlir. İndi bu matçı unutmalı və növbəti qarşılaşmaya köklənməliyik. Qarşıdakı oyunlarda daha yaxşı nəticə göstərə biləcəyimizə inanıram".

Qeyd edək ki, Ekvador millisi Fildişi Sahilinə 0:1 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər