Nazim Sadıxov artıq Bakıda: "Yenidən tarix yazmağa hazıram"
İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək "UFC Fight Night: Fiziev vs Torres" turnirində braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq azərbaycanlı döyüşçü Nazim Sadıxov artıq Bakıdadır.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər və yaxınları qarşılayıblar.
Bakıya qayıtmasından məmnunluğunu ifadə edən Sadıxov bildirib:
"Yenidən Bakıda olmaqdan çox xoşbəxtəm və növbəti dəfə tarix yazmağa hazıram. Komanda və sparrinq yoldaşlarım da mənimlə birlikdə gəliblər. Bu həftə hazırlıq prosesini yekunlaşdıracağıq, növbəti həftə isə çəkisalma mərhələsi başlayacaq. Qarşıda bizi on günlük gərgin iş gözləyir və biz bu hazırlığı ən yüksək səviyyədə başa çatdırmaq niyyətindəyik".
2025-ci ildə Azərbaycanda keçirilən UFC turnirindəki uğurlu çıxışını xatırlayan döyüşçü bu dəfə hədəflərinin daha yüksək olduğunu vurğulayıb:
"Ötən il mənim üçün çox uğurlu keçdi. Lakin bu dəfə daha yaxşı çıxış etmək, hər şeyi daha möhtəşəm və yaddaqalan etmək istəyirəm".
Sonda azarkeşlərə dəstəyə görə təşəkkür edən "qara canavar" ləqəbli idmançı onları iyunun 27-də arenaya səsləyib:
"Qara canavar" evinə qayıdıb! Sizi möhtəşəm bir döyüş gecəsi gözləyir, bu şounu qaçırmayın. Azarkeşlərə yaddaqalan bir performans göstərib, yenidən tarix yazacağam. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm!"
Qeyd edək ki, "UFC FIGHT NIGHT: FIZIEV vs TORRES" turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziyev və Manuel Torres oktaqonda üz-üzə gələcəklər. İkinci-əsas döyüşdə isə orta çəki dərəcəsində azarkeşlərin sevimlisinə çevrilmiş Şarabutdin "Shara Bullet" Maqomedov ilə braziliyalı Mişel Pereyra güclərini sınayacaqlar.
Turnir çərçivəsində azərbaycanlı idmançı Fərman Həsənov da oktaqona çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.
Qeyd edək ki, şounun canlı şahidi olmaq üçün biletləri "iTicket" saytından əldə etmək mümkündür.
Qalereya
Oxşar xəbərlər
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













