Məşhur "91"çi: "Milli Qurtuluş Günü ölkənin parçalanmaqdan xilas edildiyi şanlı dövlətçilik tarixidir"
Azərbaycan xalqı bu gün müasir dövlətçilik tarixinin ən mühüm dönüş nöqtələrindən birini - 15 İyun Milli Qurtuluş Gününü qeyd edir. 1993-cü ilin məhz bu günündə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni daxili xaosdan və parçalanma təhlükəsindən xilas edərək, bugünkü sabitliyin təməlini qoyub.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) Saatlı rayon təşkilatının sabiq sədri, məşhur "91-lər"dən olan Lütvəli Şıxəliyev ümummilli liderin tarixi missiyasından bəhs edib.
O qeyd edib ki, Heydər Əliyev kimi şəxsiyyətlər dünyada nadir hallarda gəlirlər.
"Ümumiyyətlə, rayon təşkilatı olaraq ulu öndərin tədbirlərində daimi iştirak etmişik, doğum günlərini xüsusi şəkildə keçirmişik. Heydər Əliyevin Azərbaycanın dövlətçilik, müstəqillik tarixində adı xüsusidir. O, Azərbaycanı hər şeydən çox sevirdi. Hakimiyyətə gələndə məsuliyyəti çox yaxşı dərk edirdi. Azərbaycan Prezidenti olduqdan qısa müddət sonra ciddi qərarlar verməyə başladı. Ölkənin inkişafında gecə-gündüz çalışdı. Bu məqamda vurğulanmalıdır ki, Milli Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdığı və ölkəni parçalanmaqdan xilas etdiyi şanlı dövlətçilik tarixidir. Bu qayıdış ölkədə baş qaldıran daxili xaosu, vətəndaş müharibəsi təhlükəsini və kəskin geosiyasi ziddiyyətləri aradan qaldırdı.
Ulu öndərin hakimiyyətə gəlişi həmin vaxt üçün gələcək inkişafın təməli olan qlobal neft müqavilələrinin və "Əsrin müqaviləsi"nin imzalanmasına yol açdı. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı".
L.Şıxəliyev əlavə edib ki, Heydər Əliyev heç bir qarşılıq gözləmədən xalqı üçün çalışıb:
Məşhur 91çi: Milli Qurtuluş Günü ölkənin parçalanmaqdan xilas edildiyi şanlı dövlətçilik tarixidir
"Hamı onun necə şəxsiyyət olduğunu bilir. Heydər Əliyev kimi biri dünyaya nadirən gəlir. 1998-ci il seçkilərindən əvvəl Sabirabadda iclas keçirilirdi və ulu öndər orada iştirak edirdi. Biz orada Heydər Əliyevlə görüşdük. Ümummilli lider olduqca təmkinli, sakit, hər şeyin dəqiq vaxtını bilən şəxsiyyət idi. O, imanlı şəxs üçün dindar, əməksevər üçün zəhmətkeş, siyasətçi üçün lider idi. Təəssüf ki, onun kimi insanı itirdik. Xalq ona səmimi şəkildə inanırdı".
Oxşar xəbərlər
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib
-
Azərbaycan və Serbiya arasında strateji münasibətlərin inkişafı müzakirə edilib
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?













