İlham Əliyevin Donald Trampa məktubu "Haber Global"ın gündəmində
Far.Az xəbər saytı

İlham Əliyevin Donald Trampa məktubu "Haber Global"ın gündəmində


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda Azərbaycan və ABŞ arasında münasibətlərin inkişaf etdirilməsində Trampın xüsusi rolunun olduğu vurğulanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"da yayımlanan süjetdə məlumat verilib.

"Biz Sizə Cənubi Qafqazda sülh gündəliyinin təşviqi naminə göstərdiyiniz qətiyyətə görə də minnətdarıq. Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş sülh quruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir.

Eyni zamanda biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük", - deyə telekanal Azərbaycan liderinin ABŞ prezidentinə ünvanlandığı təbrik məktubundan sitat gətirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
WUF13 yerli və xarici medianın gündəmində - FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər