Zehra Selçuk: Halal bazar 2028-ci ilədək 11 trilyon dollara yüksələcək
Halal iqtisadiyyatın gələcək inkişafı maliyyə, ticarət, investisiya, əmək bazarı, standartlaşdırma və sertifikatlaşdırma sahələri arasında əməkdaşlığın gücləndirilməsindən asılıdır.
Far.Az xəbər verir ki, bunu İƏT-in nəzdində fəaliyyət göstərən SESRIC-in Baş direktoru, Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri Zehra Selçuk Bakıda keçirilən İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan tədbirdə bildirib.
O qeyd edib ki, regional əməkdaşlıq institutları İƏT ölkələri arasında halal ekosisteminin inteqrasiyasında mühüm rol oynayır. Selçukun sözlərinə görə, İslam maliyyəsi, halal qida, turizm, əczaçılıq və logistika kimi sahələri əhatə edən halal iqtisadiyyat artıq çoxtrilyonluq qlobal bazara çevrilib.
Baş direktor bildirib ki, 2023-cü ildə qlobal halal bazarının həcmi 7 trilyon dolları keçib və 2028-ci ilədək 11 trilyon dollara çatacağı gözlənilir.
Onun sözlərinə görə, İƏT ölkələri dünya müsəlman əhalisinin 81 faizini və qlobal halal bazarının təxminən 80 faizini təmsil edir. Bu potensialdan səmərəli istifadə üçün üzv dövlətlər arasında daha koordinasiyalı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması vacibdir.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













