Ülvi Mansurov: "Özəl sektoru dəstəkləmək üçün tənzimləyici dəyişikliklər aparılır"
Far.Az xəbər saytı

Ülvi Mansurov: "Özəl sektoru dəstəkləmək üçün tənzimləyici dəyişikliklər aparılır"


Azərbaycanda özəl sektoru dəstəkləmək, daha çox investoru cəlb etmək və həvəsləndirmək istiqamətində mühüm tənzimləyici dəyişikliklər həyata keçirilir.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədri Ülvi Mansurov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində baş tutan "Azərbaycanın İnvestisiya Görünüşü" tədbirində deyib.

O bildirib ki, bura loqistika subsidiyaların aid etmək olar: "Bundan başqa ölkədə güzəştli kreditləşmə mövcuddur ki, bu da bir neçə aspektdən təkcə maliyyələşdirmə ilə deyil, həm də investorları dəstəkləmək üçün lazımi infrastruktur və lazımi tənzimləyici mühitin yaradılması ilə bağlıdır. Bu da investisiya iqlimini yaxşılaşdıran amillərdəndir".

Ü. Mansurovun sözlərinə görə, Azərbaycan kiçik bazar olsa da daha geniş region üçün bir qapı rolunu oynaya bilər: "Daha geniş regiondan danışarkən Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər bu kimi ölkələri və əraziləri nəzərdə tuturuq. Beləliklə, əgər Qərblə birlikdə Azərbaycana gəlirsinizsə, daha geniş regiona arxalana bilərsiniz".

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər