Messi mundialların ən məhsuldar futbolçuları sırasında Klozeyə çatıb
Far.Az xəbər saytı

Messi mundialların ən məhsuldar futbolçuları sırasında Klozeyə çatıb


Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirilən oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Klozeyə çatıb.

"Far.Az"un məlumatına görə, Messi görüşün 17-ci, 60-cı və 76-cı dəqiqələrində fərqlənib.

Bununla da argentinalı ulduzun mundiallarda vurduğu qolların sayı 16-ya yüksəlib.

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Futbolçu 8 dəfə "Qızıl top" mükafatına layiq görülərək bu göstəricidə də rekord sahibidir.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Mundiallar tarixinə ekskurs: 1930-cu ildən başlayan möhtəşəm futbol bayramları - ARAŞDIRMA
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər