Argentina millisinin baş məşqçisi: "Messi barəsində deməyə söz tapmıram"
Far.Az xəbər saytı

Argentina millisinin baş məşqçisi: "Messi barəsində deməyə söz tapmıram"


Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın kapitanı Lionel Messi barəsində deməyə söz tapmayıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis bunu Əlcəzairə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra bildirib.

O, Messinin yüksək oyunu sayəsində qalib gəldiklərini bildirib:

"Messi istədiyi müddətcə dünyanın ən yaxşısı olmağa davam edəcək. Onun barəsində deməyə söz tapmıram. Lionel bunu artıq 20 ildir bacarır. Messinin bütün dünyaya ötürdüyü hissləri və göstərdiyi futbolu dəyərləndirməliyik. Bu, həqiqətən, inanılmazdır. Biz isə oyundan-oyuna mübarizəmizi davam etdirəcəyik".

Qeyd edək ki, Argentina Əlcəzair seçməsini 3:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
DÇ-2026: Lionel Messinin het-triki Argentinaya qələbə qazandırıb - YENİLƏNİB-6
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər