IsDB Prezidenti: "Azərbaycan ticarət və investisiyaların inkişafı üçün ideal məkana çevrilib"
Far.Az xəbər saytı

IsDB Prezidenti: "Azərbaycan ticarət və investisiyaların inkişafı üçün ideal məkana çevrilib"


Azərbaycanın regionlar və bazarlar arasında əlaqələndirici halqa kimi artan rolu ölkəni ticarət, investisiyalar və regional inteqrasiyanın inkişafına həsr olunmuş forumun keçirilməsi üçün ideal məkana çevirir.

"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankı (IsDB) Qrupunun prezidenti Məhəmməd Əl-Casir Bank Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində baş tutan 2026-cı il Özəl Sektor Forumunun açılış mərasimində bildirib.

"Hər şeydən əvvəl səmimi qonaqpərvərliyə, eləcə də İslam İnkişaf Bankının 2026-cı il illik toplantılarının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin, bu biznes-forumun uğurla keçirilməsinə yönəlmiş əvəzsiz tərəfdaşlığa, sıx əməkdaşlığa və səylərə görə İqtisadiyyat Nazirliyinə təşəkkür edirəm.

Bu forum dialoqun konkret addımlara, ideyaların investisiyalara, tərəfdaşlıqların isə niyyətlərdən praktiki icraya çevrildiyi dinamik bir platformadır. Burada hökumətlər bazar iştirakçıları ilə, sahibkarlar maliyyəçilərlə görüşür, ambisiyalar isə reallaşmaq üçün real imkanlar qazanır", - o vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər