Valeh Ələsgərov: "Ələt Azad İqtisadi Zonası regional logistika mərkəzinə çevrilir"
Ələt Azad İqtisadi Zonası (AİZ) regional logistika mərkəzi kimi formalaşma mərhələsindədir.
"Report" xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda təşkil olunan İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
O qeyd edib ki, istənilən təklif nəzərdən keçirilməyə açıqdır, lakin prioritet istiqamət yüksək əlavə dəyər yaradan və ixraca yönəlmiş istehsal sahələridir: "İxraca yönəlmiş istehsal dedikdə nəzərdə tutulur ki, Ələt Azad İqtisadi Zonasının ərazisində fəaliyyət göstərən müəssisələr burada hazırladıqları məhsulların minimum 75 %-ini Azərbaycanın sərhədlərindən kənara ixrac etmək öhdəliyini üzərlərinə götürürlər. Bu yanaşmanın başlıca hədəfi Ələt AİZ-in rezidentləri ilə ölkənin əsas iqtisadi mühitində çalışan müəssisələr arasında qeyri-bərabər rəqabət mühitinin yaranmasının qarşısını almaqdır. Təcrübə sübut edir ki, Ələt Azad İqtisadi Zonasının müvəffəqiyyəti onun regiondakı digər azad iqtisadi zonalar və daha geniş coğrafiyada fəaliyyət göstərən oxşar zonalarla müqayisədə daha cazibədar olmasından birbaşa asılıdır.
Məhz buna görə beynəlxalq standartlara uyğun, rəqabətə davamlı və investorlar üçün yüksək cazibədarlığa malik azad iqtisadi zona yaradılması istiqamətində ciddi işlər aparılıb".
V. Ələsgərov Ələt AİZ-in əsas üstünlükləri sırasında onun Bakı Beynəlxalq Dəniz Limanına yaxınlığı, eləcə də Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsini vurğulayıb.
"Bu strateji coğrafi mövqe rezidentlərə geniş nəqliyyat və logistika imkanlarından yararlanma şəraiti yaradır. Bundan əlavə, yerli yükdaşıma şirkəti "Silk Way Airlines" ilə əldə edilmiş razılaşmaya əsasən Ələt zonasının ərazisində yük aeroportunun tikintisi artıq başlanıb. Ehtimala görə, bu, azad iqtisadi zona daxilində inşa olunan ilk yük aeroportlarından biri olacaq və gələn il istismara verilməsi planlaşdırılır. Yük aeroportunun qurulmasının əsas məqsədi zonada fəaliyyət göstərən müəssisələrə dəniz, avtomobil və dəmir yolu nəqliyyatı ilə bərabər, hava yükdaşıma xidmətlərindən də istifadə imkanı təqdim etməkdir. Bu, xüsusilə yüksək texnologiyalar sahəsində çalışan şirkətlər üçün əlavə perspektivlər açacaq. Belə ki, müasir logistik infrastruktur olmadan bu cür şirkətlərin analoji zonalara cəlb olunması olduqca çətindir", - Zonanın İdarə Heyətinin sədri bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













