Mikayıl Cabbarov: "Mədən sənayesi azad edilmiş bölgələrdə aparıcı istiqamətə çevrilir"
Far.Az xəbər saytı

Mikayıl Cabbarov: "Mədən sənayesi azad edilmiş bölgələrdə aparıcı istiqamətə çevrilir"


Azərbaycanın kritik mineral ehtiyatlarının 80 %-dən çoxu məhz azad edilmiş ərazilərdə cəmləşib və ölkə təxminən 30 il ərzində bu resurslardan istifadə imkanından məhrum olub.

Far.Az report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Nazir bildirib ki, bu səbəbdən mədən sənayesi həmin bölgələrdə iqtisadi fəaliyyətin aparıcı istiqamətlərindən birinə çevrilir: "Azad edilmiş ərazilərin bərpası Azərbaycan üçün yalnız iqtisadi və ya sosial layihə deyil, məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına qayıdışını təmin edən milli əhəmiyyətli prosesdir. Bölgələr yaşıl inkişaf zonaları elan olunub və bütün infrastruktur layihələri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Azad edilmiş ərazilərin iqtisadi potensialı təkcə mədənçiliklə məhdudlaşmır. Kənd təsərrüfatı, turizm, sənaye, logistika və nəqliyyat sahələri də bölgənin inkişafında mühüm rol oynayacaq".

M. Cabbarovun sözlərinə görə, Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi həm ölkə iqtisadiyyatı, həm də Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.

O əlavə edib ki, Ağdam Sənaye Parkı artıq rezidentlərin sayına görə ölkənin aparıcı sənaye zonalarından birinə çevrilib və yerli, eləcə də xarici investorların marağını cəlb edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər