IsDB: Beynəlxalq audit platforması süni intellekt texnologiyaları əsasında hazırlanıb
Beynəlxalq maliyyə institutlarının istifadə etdiyi audit və maliyyə idarəetmə platforması süni intellekt texnologiyaları əsasında hazırlanıb.
"Far.Az" xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Layihələrin Satınalınması və Maliyyə İdarəetməsi üzrə meneceri Aamir Ghani Mir Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Azərbaycan Hesablama Palatasının təşkil etdiyi ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" tədbirində bildirib.
Onun sözlərinə görə, platforma layihələrin illik və yekun auditlərinin aparılması, audit hesabatlarının hazırlanması və portfel göstəricilərinin monitorinqi üçün istifadə olunur: "Sistem layihələrin audit vəziyyətini, vaxtında yoxlanılıb-yoxlanılmadığını və mövcud problemləri real vaxt rejimində izləməyə imkan verir. Bu texnologiyadan hazırda Dünya Bankı, Amerika İnkişaf Bankı, IsDB və Asiya İnkişaf Bankı istifadə edir. IsDB audit hesabatlarının hazırlanmasında süni intellekt əsaslı həllərdən istifadə edir. Sistem maliyyə audit hesabatlarını və idarəetmə məktublarını avtomatik qəbul edir, məlumatları yoxlayır və ilkin audit qiymətləndirməsini hazırlayır. Daha sonra peşəkar auditorlar bu nəticələri yoxlayır, mümkün uyğunsuzluqları aradan qaldırır və əlavə dəyər yaradır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb













