Hesablama Palatası: Rəqəmsal audit sahəsində yeni birgə layihələrin reallaşdırılması gözlənilir
Azərbaycanın Hesablama Palatası rəqəmsal audit sahəsində beynəlxalq əməkdaşlığın genişlənəcəyini və yeni birgə layihələrin həyata keçiriləcəyini gözləyir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədrinin müavini Nəsir Sadıqov İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində palatanın təşkilatçılığı ilə keçirilən "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, tədbir zamanı fərqli dövlətlərin ali audit institutlarının iş təcrübəsi araşdırılıb, rəqəmsal audit sahəsində istifadə edilən yeni yanaşmalar və perspektiv inkişaf yolları müzakirəyə çıxarılıb.
"Aparılan müzakirələr yalnız təcrübə paylaşımı ilə kifayətlənməməli, gələcək üçün əməkdaşlıq təşəbbüslərinin, ortaq layihələrin və yeni tərəfdaşlıq münasibətlərinin formalaşmasına zəmin hazırlamalıdır. Bu gün irəli sürülən ideyaların və təşəbbüslərin gələcəkdə real əməkdaşlıq proqramlarına çevriləcəyinə əminik. Təcrübə mübadiləsi rəqəmsal transformasiya prosesində daha nəticəli fəaliyyətin həyata keçirilməsinə və audit mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verəcək", – deyə o vurğulayıb.
Sədr müavini qeyd edib ki, rəqəmsal audit vasitələrinin tətbiqi dövlət maliyyə resurslarının idarə olunmasında şəffaflığın, hesabatlılığın və effektivliyin yüksəldilməsinə xidmət göstərir. "Beynəlxalq partnyorlarla əməkdaşlığın dərinləşdirilməsi rəqəmsal audit sahəsində qabaqcıl metodların mənimsənilməsinə və innovativ təcrübələrin bölüşülməsinə geniş imkanlar açacaq".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













