Natiq Əmirov: "Sistemli aqrar islahatlar son illər mühüm nəticələrə gətirib çıxarıb"
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli aqrar islahatlar son illərdə sektorda mühüm nəticələrə gətirib çıxarıb.
"Far.Az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Azərbaycan Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə bildirib.
N. Əmirov yeni Dövlət Proqramının əsas məqsəd və hədəfləri haqqında iştirakçıları məlumatlandırıb. O qeyd edib ki, 25 may tarixində keçirilmiş müşavirə və verilmiş tapşırıqlar aqrar siyasətin yeni mərhələsini müəyyənləşdirib. Bu çərçivədə qəbul edilən Dövlət Proqramı məhsuldarlığın artırılması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, emal və ixrac imkanlarının genişləndirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafı və ümumilikdə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Şəmkirdə keçirilən müşavirə 25 may 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramı haqqında təqdimatında qeyd edib ki, sənəd 5 məqsəd, 5 prioritet istiqamət, 16 fəaliyyət istiqaməti və 86 tədbiri əhatə edir və konkret nəticə indikatorlarına əsaslanır. Çıxışda intensiv bağ sahələrinin artırılması, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sahələrinin genişləndirilməsi, aqropark və istixana fəaliyyətinin genişləndirilməsi, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması, intensiv heyvandarlıq təsərrüfatlarının artırılmasının əsas prioritetlər olduğu vurğulanıb. Qeyd olunub ki, 22 hədəf rayonda taxılçılığın inkişafı və orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, pivot, damcı və sprinkler suvarma sistemlərinin genişləndirilməsi ilə su resurslarından daha səmərəli istifadə hədəflənir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov bildirib ki, Qazax-Tovuz iqtisadi rayonunda aqrar sahənin dayanıqlı inkişafı üçün etibarlı su təminatı, suvarma şəbəkələrinin işlək vəziyyətdə saxlanılması və su ehtiyatlarından qənaətli istifadə həlledici əhəmiyyət daşıyır. Qeyd edib ki, son 20 ildə bu sahəyə əhəmiyyətli dərəcədə dövlət vəsaiti yönəldilmiş, infrastruktur genişləndirilib və su ehtiyatlarının artırılması istiqamətində mühüm işlər görülüb. Ümumi sututumu 557 milyon kubmetr olan 5 su anbarı - Taxtakörpü, Heydər Əliyev, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları inşa edilib, eyni zamanda 4,77 min km suvarma kanalının, 3,61 min km kollektor-drenaj şəbəkəsinin tikintisi və təmir-bərpası aparılıb, 1,6 min km boru kəməri çəkilib. Əkin sahələrinin suvarılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 3 394 ədəd subartezian quyusu qazılıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun aqrar potensialı, kənd təsərrüfatının əsas istiqamətləri və son illərdə əldə olunan nəticələr barədə məlumat verib. O bildirib ki, Şəmkirin əlverişli təbii-iqlim şəraiti, münbit torpaqları və su ehtiyatları kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır.
Qeyd olunub ki, rayonda bitkiçilik, kartofçuluq, istixana təsərrüfatları, meyvəçilik və üzümçülük sahələri üzrə yüksək məhsuldarlıq əldə olunur. 2025-ci ilin göstəriciləri Şəmkirin kənd təsərrüfatı məhsulları istehsalında ölkə üzrə aparıcı mövqedə olduğunu təsdiqləyir. Eyni zamanda istixana komplekslərinin genişlənməsi minlərlə insanın məşğulluğuna töhfə verir. Rəşad Tağıyev özəl sektorun fəallığının artırılmasının və investisiya təşəbbüslərinin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Müşavirədə Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından olan fermerlər və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə məlumat veriblər. Onlar kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin istehsalın artırılmasına, təsərrüfatların genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcəyini qeyd ediblər.
Müşavirənin yekununda N. Əmirov bildirib ki, aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün icraçı qurumların birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Vurğulanıb ki, Dövlət Proqramının mahiyyəti və Prezident İlham Əliyevin çıxışı əsas istinad mənbəyi kimi fermerlər və sahibkarlar arasında geniş təbliğ olunmalıdır. O, həmçinin sahibkarları idxalı əvəz edən məhsulların istehsalının artırılmasına və aqrar dəyər zəncirinin bütün həlqələrində fəal iştiraka çağırıb.
Bildirilib ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
-
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb













