Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatına qələbə ilə start verib
Far.Az xəbər saytı

Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatına qələbə ilə start verib


Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatına qələbə ilə start verib.

"Far.Az" xəbər verir ki, o, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi ipponla məğlub edib.

C.Qamzatxanov 1/16 finalda Nikita Sviridlə (Xorvatiya) qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub - YENİLƏNİB-4
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB-4
Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB-4
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-3
AÇ: Zelim Kotsoyev diskvalifikasiya edilib, Azərbaycan yığması turniri 4 medalla başa vurub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər