Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Far.Az xəbər saytı

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb


Yevlax rayonunda bir nəfər suda batıb.

Far.Az APA-ya istinadən xəbər verir ki, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun Yuxarı Qarabağ su kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində meyit tapılaraq sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər