FHN çimərliklərdə təhlükəsizlik qaydalarına dair əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib.
FHN-dən "Far.Az"a bildirilib ki, qurum tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsi barədə dəfələrlə edilən müraciətlərə baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd münasibəti sonda acı nəticələrə gətirib çıxarır.
Qeyd olunub ki, paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki "Daçnik" kimi tanınan nəzarətsiz ərazidə və küləkli hava şəraitində baş vermiş sudabatma hadisəsi ilə bağlı ötən gün daxil olmuş məlumat bir daha qaydalara riayət etməyin zərurətini göstərir.
"Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək, çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır, o cümlədən küləkli hava şəraitində dənizə girməyin, qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsini, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyin vacibliyini bir daha xatırladır", - müraciətdə vurğulanıb.
FHN daha əvvəldə analoji müraciətlə çıxış edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













