Azərbaycanlı alpinistlər İtaliyanın Dolomit dağlarında Monte Paterno zirvəsinə qalxıblar
Azərbaycan Alpinizm Federasiyasının üzvləri Fidan Məmmədova və Sima Səfərova 18–19 iyunda İtaliyanın şimalında yerləşən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Dolomit dağlarında növbəti uğurlu dağçılıq fəaliyyətini həyata keçiriblər.
Federasiyadan "Report"a verilən məlumata görə, onlar Tre Cime di Lavaredo (Tre Çime di Lavaredo – "Lavaredonun üç zirvəsi") massivində yerləşən, 2744 metr hündürlüyə malik Monte Paterno zirvəsinə məşhur De Luca–Innerkofler Via Ferrata marşrutu üzrə yüksəliblər.
Texniki xüsusiyyətləri, qayalıq keçidləri, ekspozisiyalı hissələri və Birinci Dünya müharibəsi dövründən qalmış tarixi tunelləri ilə seçilən bu marşrut Dolomitlərin ən maraqlı və populyar via ferrata marşrutlarından biridir. Via ferrata sığorta trosları, metal pilləkənlər və dayaqlarla təchiz edilmiş qayalıq dağ marşrutlarına verilən addır.
Yüksəliş zamanı iştirakçılar mürəkkəb dağ relyefi, sıldırım qayalıqlar və yüksək dağ şəraitinin yaratdığı çətinlikləri uğurla dəf edərək zirvəyə çatıblar. Zirvədən Tre Cime di Lavaredo, Cadini di Misurina və ətraf Dolomit silsilələrinin möhtəşəm mənzərələri müşahidə olunub.
Səfər çərçivəsində federasiya üzvləri regionun dağçılıq infrastrukturu, via ferrata sistemləri və təhlükəsizlik yanaşmaları ilə də yaxından tanış olublar. Bu fəaliyyət Azərbaycan alpinizm və dağçılıq idmanının beynəlxalq dağ regionlarında təmsil olunmasına, həmçinin federasiya üzvlərinin texniki hazırlığının və dağ təcrübəsinerinin artırılmasına mühüm töhfə verir.
Oxşar xəbərlər
Bakıdakı pilləkənlər nə qədər rahatdır? - Ekspertdən AÇIQLAMA
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb













