"Qiyamət günü radiostansiyası" yeni sirli mesajlar yayımlayıb
Far.Az xəbər saytı

"Qiyamət günü radiostansiyası" yeni sirli mesajlar yayımlayıb


Rusiyanın UVB-76 radiostansiyası, daha çox "Qiyamət günü radiostansiyası" kimi tanınan qısa dalğalı radioötürücü, növbəti dəfə müəmmalı mesajlar yayımlayıb.

Far.Az xəbər verir ki, iyunun 22-də Moskva vaxtı ilə saat 11:33-də efirə verilən ilk mesajda "stanonant" və "obedobuyan" sözləri səsləndirilib. Daha sonra, saat 13:28-də "klıkotryum" sözü yayımlanıb.

Qeyd edək ki, UVB-76 radiostansiyası 1970-ci illərdən etibarən 4625 kHz tezliyində fəaliyyət göstərir. Onun efiri əsasən monoton vızıltı və klik səslərindən ibarət olur. Bu səbəbdən radio həvəskarları arasında stansiya "vızıldayan" ləqəbi ilə tanınır.

Radiostansiyanın məqsədi və yayımladığı mesajların mənası bu günə qədər açıqlanmayıb. Bu səbəbdən UVB-76 uzun illərdir müxtəlif fərziyyələrin və müzakirələrin mövzusudur.

Məlumata görə, stansiya iki günlük fasilədən sonra yenidən aktivləşib. Sonuncu dəfə iyunun 18-də efirə çıxan UVB-76 həmin vaxt "oşupıvanie" və "nevısokiy" sözlərindən ibarət iki mesaj yayımlamışdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər