AFFA Hakimlər Komitəsinin sabiq sədri “Qarabağ” - “Ayaks” matçındakı hakim idarəçiliyini dəyərləndirib
Far.Az xəbər saytı

AFFA Hakimlər Komitəsinin sabiq sədri “Qarabağ” - “Ayaks” matçındakı hakim idarəçiliyini dəyərləndirib


AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ” - “Ayaks” (Niderland) matçındakı hakim idarəçiliyini dəyərləndirib.

Mütəxəssis “Report”a açıqlamasında şotlandiyalı Nikolas Uolşun qəbul etdiyi qərarların doğru olduğunu vurğulayıb.

“Hakimin “Ayaks”a simpatiya bəslədiyini deməzdim. Sadəcə, "Qarabağ"a qarşı çox sərt idi. Düzdür, istəyirik ki, hər şey yaxşı olsun. Amma baş hakimin təyin etdiyi penalti, futbolçulara göstərdiyi qırmızı vərəqələr doğru idi. “Qarabağ”ın vurduğu qol zamanı qeydə alınan ofsayd qərarı da düzgün idi”, - deyə o bildirib.

X.Məmmədov bir epizodun mübahisə doğura biləcəyini söyləyib:

“Yalnız Marko Yanukoviçə qarşı qayda pozuntusu bir qədər mübahisə doğura bilər. Çünki həmin vaxt mübarizə gedirdi və Yanukoviç də rəqibini tuturdu. Ancaq belə məqamlarda adətən meydan sahiblərinin xeyrinə qərar verirlər. Onsuz da komanda azlıqda qalmışdı. “Ayaks” qırmızı vərəqədən sonra özünü suda balıq kimi hiss edirdi. Fiziki cəhətdən onsuz da güclü idilər. Üstəlik, bir oyunçu üstün oldular. Buna baxmayaraq, birinci hissədə “Qarabağ” 10 nəfərlə əla oynayırdı. İkinci hissədə isə komandada artıq güc qalmamışdı”.

Qeyd edək ki, şotlandiyalı FIFA referisi Nikolas Uolşun idarə etdiyi görüş Niderland klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər