Nazir: "Müasir suvarma ilə təmin olunan pambıq sahələri 42 min hektara çatdırılacaq"
Far.Az xəbər saytı

Nazir: "Müasir suvarma ilə təmin olunan pambıq sahələri 42 min hektara çatdırılacaq"


2030-cu ilədək Azərbaycanda müasir suvarma ilə təmin edilən pambıq sahələri 42 min hektara çatdırılacaq.

"Far.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda pambıq əkinlərinin müasir suvarma sistemləri ilə təmin olunan sahəsi 6 min hektardan bir qədər artıqdır: "Bu isə o deməkdir ki, ümumi 100 min hektar pambıq əkin sahəsinin cəmi 6 min hektarında istehsal olunan məhsul daha yüksək əmsalla subsidiyalaşdırılıb. Qarşıya qoyulan əsas hədəf 2030-cu ilədək müasir suvarma sistemləri tətbiq olunan pambıq əkin sahələrinin 6 min hektardan 42 min hektara çatdırılmasıdır. Fermerlər müasir suvarma texnologiyalarına investisiya etdikcə və bu sahələr genişləndikcə, həmin ərazilərdə istehsal olunan pambığa görə daha yüksək əmsalla subsidiya almaq imkanı əldə edəcəklər".

Nazir bildirib ki, kredit faizləri subsidiyalaşdırılacaq, fermerlərə yeni dəstək mexanizmləri tətbiq ediləcək. "İlk növbədə, pambıq istehsalı ilə bağlı texnika və qoşquların alınmasına dövlət tərəfindən tətbiq olunan güzəştlərin davam etdirilməsi nəzərdə tutulur. Bundan əlavə, götürülmüş kreditlərin faizlərinin dövlət tərəfindən subsidiyalaşdırılması planlaşdırılır. Lazer mala texnologiyasından istifadə edən fermerlərin əkin sahələrinin əlavə subsidiyalaşdırılması da dəstək mexanizmləri sırasında yer alır".

M. Məmmədov qeyd edib ki, eyni zamanda, müasir aqrotexniki tədbirləri tətbiq edən, müasir suvarma sistemlərindən istifadə edən, lazer mala texnologiyasını tətbiq edən və sertifikatlı toxumlardan yararlanan fermerlərin məhsullarının daha yüksək əmsalla subsidiyalaşdırılması nəzərdə tutulur: "Bununla yanaşı, pambıqçılıqda emal mərhələsinə də subsidiya mexanizminin tətbiqi planlaşdırılır. Belə ki, həm mahlıc, həm iplik, həm də digər emal məhsulları istehsalçılarına məhsul subsidiyalarının verilməsi nəzərdə tutulur".

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Məcnun Məmmədov: Azərbaycan kənd təsərrüfatı sistemlərinin inkişafına əhəmiyyətli investisiyalar yatırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər