Elnur Əliyev: Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf gündəliyinin əsas istiqamətlərindən biridir
Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf gündəliyinin əsas istiqamətlərindən biridir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya" çərçivəsində həyata keçirilən "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nın iştirakçısı olan müəssisələrin rəhbərləri ilə görüş zamanı deyib.
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə vurğulanıb ki, ölkənin rəqəmsal iqtisadiyyat strategiyası biznes, dövlət və cəmiyyət səviyyəsində transformasiyanı sürətləndirməyi, innovasiyaların tətbiqini genişləndirməyi və iqtisadiyyatın rəqabət qabiliyyətini artırmağı hədəfləyir.
Qeyd olunub ki, dövlət tərəfindən formalaşdırılan təşviq və dəstək mexanizmləri özəl sektorun rəqəmsal texnologiyalara keçidini sürətləndirmək və müəssisələrin qlobal dəyər zəncirlərində mövqeyini gücləndirmək məqsədi daşıyır.
Həmçinin, 4SİM-in icraçı direktoru Fariz Cəfərov "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı" çərçivəsində ölkədə müəssisələrin texnoloji transformasiyası istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, proqram çərçivəsində pərakəndə satış, qida sənayesi, tikinti və sənaye malları, metallurgiya və sənaye istehsalı kimi sahələri təmsil edən müəssisələrdə istehsal və biznes proseslərinin təhlili aparılıb. Eyni zamanda müəssisələrin texnoloji hazırlıq və dayanıqlılıq səviyyələri beynəlxalq metodologiyalar əsasında ölçülüb.
Proqramın icrası zamanı müəssisələr üzrə 400-dən çox potensial rəqəmsal transformasiya təşəbbüsü və 160-dan çox dayanıqlılıq praktikası qiymətləndirilib. Bu təşəbbüslər arasından təxminən 80 prioritet həll seçilərək onlar üzrə texniki, əməliyyat və maliyyə əsaslandırmaları hazırlanıb. Hər bir müəssisə üçün texnoloji transformasiya və dayanıqlı inkişaf istiqamətlərini əhatə edən fərdi yol xəritələri formalaşdırılıb.
Görüş çərçivəsində beynəlxalq ekspertlər tərəfindən proqramın nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə dair təqdimatlar keçirilib. Təqdimatlarda müəssisələrin rəqəmsal transformasiya üzrə prioritetləri, məlumat əsaslı idarəetmə yanaşmaları, süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiq imkanları, həmçinin Dünya İqtisadi Forumunun Qlobal Mayak Şəbəkəsinin təcrübəsi əsasında texnoloji transformasiyanın məhsuldarlıq və dayanıqlılığa təsiri barədə məlumat verilib.
Müzakirələr zamanı proqram iştirakçısı olan müəssisələrin rəhbərləri hazırlanmış yol xəritələrinin icrası istiqamətində əldə olunan ilkin nəticələr və növbəti mərhələlərə dair fikir və təkliflərini bölüşüblər.
Oxşar xəbərlər
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
HONOR brendinin 5 illiyi və inkişaf strategiyası təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib













