Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
Far.Az xəbər saytı

Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3


Saat 14:00-a olan ilkin göstəricilərə əsasən, 2534 nəfər könüllü donor qan verib.

"Far.Az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Toplanmış qanın həcmi isə 1140,3 litr təşkil edib.

Müxbir: Sevil Seymur

Saat 12:00-a olan ilkin göstəricilərə əsasən, 1 701 nəfər könüllü donor qan verib.

"Far.Az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Toplanmış qanın həcmi isə 765,45 litr təşkil edib.

Saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib, nəticədə ümumilikdə 225.45 litr qan toplanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.

Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edir.

Bu gün səhər saat 10:00-a olan məlumata görə, 486 nəfər qanvermə aksiyasında iştirak edib.

"Far.Az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Təzəpir məscidində Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il də azad olunmuş ərazilərdə - Şuşa və Ağdam şəhərindəki məscidlərdə qanvermə aksiyası təşkil olunub:

"Ümumilikdə ölkə üzrə 30 şəhər-rayon üzrə 40 müəssisədə bu aksiya həyata keçirilir. Onlardan 24-ü məscid və ziyarətgah, 15-i tibb məntəqəsi, 1-i isə təhsil müəssisəsidir".

İcraçı direktor bildirib ki, aksiya saat 16:00-dək davam edəcək.

Oxşar xəbərlər

Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bakıda milyonluq mənzillər və villalar hərraca çıxarılır - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər