Naxçıvan memarlıq məktəbi və ənənələrinə dair respublika elmi konfransı keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətində iyunun 27-də "Şəhərsalma və Memarlıq İli", eləcə də görkəmli memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi çərçivəsində "Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri" mövzusunda respublika elmi konfransı keçirilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, konfrans Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə baş tutub.
Əvvəlcə tədbir iştirakçıları Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Ardınca Heydər Əliyev Muzeyində Ulu Öndərin zəngin dövlətçilik irsi, çoxşaxəli siyasi fəaliyyəti və ömrünün Naxçıvan dövrünü əks etdirən materiallarla tanış olublar.
Daha sonra Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib.
Konfrans Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru dosent Elbrus İsayev, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və digər alimlər çıxış edərək Əcəmi Naxçıvaninin zəngin memarlıq irsi, Naxçıvan memarlıq məktəbinin formalaşması və dünya memarlığına təsiri barədə məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində akademik İsa Həbibbəyli görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi ilə Əcəmi Naxçıvaninin simvolik görüşünü əks etdirən qrafik portreti AMEA Naxçıvan Bölməsinə hədiyyə edib. Professor Ərtegin Salamzadə də eyni mövzuda hazırlanmış sənət əsərini akademik İsmayıl Hacıyevə təqdim edib.
Tədbirin sonunda "Memar Əcəmi" sənədli filmi nümayiş olunub.
Elmi konfrans işini "Əcəmi Naxçıvaninin dövrü, mühiti və irsi", "Əcəmi Naxçıvani irsinə dövlət qayğısı və Möminə xatun türbəsi memarlıq incisi kimi", "Dil, ədəbiyyat, folklor və maddi mədəniyyət nümunələri" və "Əcəmi Naxçıvani irsinin dünya və Yaxın Şərq memarlığına təsiri" mövzularında bölmə iclasları ilə davam etdirib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib













